"Ukraynaya döyüş sursatlarının göndərilməməsi böyük problemlər yarada bilər" -

   "Ukraynaya döyüş sursatlarının göndərilməməsi  böyük problemlər yarada bilər" -    Aİ
  20 Mart 2023    Oxunub:1231
Ukraynaya döyüş sursatının tədarükü ilə bağlı müqavilələr üzrə mənfi qərar veriləcəyi təqdirdə böyük problemlər yarana bilər.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib

“Əgər bu gün nazirlər mənim təklif etdiyim 2 milyard avroluq üç mərhələli plan üzrə razılığa gəlməsələr, bu, Ukraynaya silah tədarükü üçün problem yaradacaq”, - Borrell bildirib.

O əlavə edib ki, Aİ ölkələri Ukraynaya sursatları tez və böyük miqdarda göndərməlidirlər. Borrell ümid edir ki, nazirlər razılığa gələ biləcəklər.

Qeyd edək ki, Aİ ölkələri Ukraynanın bir il ərzində 1 milyon artilleriya mərmisi alması ilə bağlı razılaşma əldə etmək niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti