ABŞ prezidentindən sirli mesaj: "İnan"

   ABŞ prezidentindən sirli mesaj:    "İnan"
  20 Mart 2023    Oxunub:957
ABŞ prezidenti Co Bayden öz "Twitter" səhifəsində sirli mesaj yazıb. O, ofisinin fotosunu “inan” sözü ilə yerləşdirib və bir söz yazıb: “sabah”.
ABŞ prezidentinin konkret olaraq nə elan etdiyi sirr olaraq qalır. "Believe" sözü sarı fonda mavi hərflərlə yazıldığından sosial şəbəkə istifadəçiləri söhbətin Ukrayna üçün hansısa mühüm hadisədən getdiyini irəli sürüb. Digərləri isə hesab edir ki, Bayden “siyasi rəqibini həbs etmək istəyir” və bununla da ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsini elan edir.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkələrdə həbs oluna biləcəyinə görə ölkədə etiraz aksiyalarına çağırış edib. Siyasətçi xəbərdarlıq edib ki, martın 21-də onu Manhetten dairə prokurorluğu saxlaya bilər.



AzVision.az


Teqlər:





Xəbər lenti