Avropa Komissiyası Türkiyəyə 1 milyard kredit ayırıb

   Avropa Komissiyası Türkiyəyə 1 milyard kredit ayırıb
  20 Mart 2023    Oxunub:1252
Avropa Komissiyası Türkiyəyə zəlzələlərdən sonra bərpa işləri üçün 1 milyard avro, Suriyaya humanitar yardım üçün isə 108 milyon avro kredit ayırıb.
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən Türkiyə və Suriyaya yardım donorlarının beynəlxalq konfransında deyib.

Avropa komissarı Aİ ölkələri və Avropa maliyyə institutlarınən əlavə töhfələr verəcəklərini vurğulayıb.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb, yaralıların sayı isə 107 204 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti