"İdxal baxımından Türkiyə ilə sərhəd uzun müddətdir ki, açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problemi yoxdur və uzun müddətdir ki, onlar bununla məşğuldurlar. Başqa bir məsələ isə odur ki, erməni şirkətlərinin hələ də Türkiyə bazarlarına giriş imkanı yoxdur. Biz əminik ki, sərhədin açılması təhdiddən çox imkanlar yaradacaq”, - Kerobyan qeyd edib.
![]() |
Erməni nazir: "Türkiyə sərhədinin açılmasından biznesimiz faydalanacaq" |
İqtisadiyyat naziri qeyd edib ki, erməni kənd təsərrüfatı şirkətləri Türkiyənin ucuz kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı hökumətə narahatlıqlarını bildirməyiblər.
Ermənistanın Türkiyəyə nə ixrac edə biləcəyi ilə bağlı suala Kerobyan belə cavab verib ki, qonşu ölkədə ərzaq, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyalara tələbat var.
Tural Tağıyev
AzVision.az