Paşinyan İranla münasibətləri təriflədi
![Paşinyan İranla münasibətləri təriflədi Paşinyan İranla münasibətləri təriflədi](https://azvision.az/photos/2023/03/hhggffff-1679380738.jpg)
O, müraciətində yaxın gələcəkdə tərəflərin ikitərəfli gündəliyi əhəmiyyətli dərəcədə genişləndirə biləcəkləri və bu, iki ölkə xalqlarının rifahı naminə münasibətlərin dərinləşməsi üçün mühüm stimul olacağına ümid etdiyini qeyd edib.
Ermənistanın baş naziri İran prezidenti İbrahim Rəisiyə ünvanladığı təbrikdə də bildirib ki, Ermənistan və İran arasında əlaqələrin zəngin tarixi çoxşaxəli əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayır.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran Ermənistanla təkcə siyasi sferada deyil, iqtisadi sahədə də əməkdaşlıqları xeyli gücləndirib.
Tural Tağıyev
AzVision.az