Britaniyadan quranı yandıran isveçli radikala qadağa

Britaniyadan quranı yandıran isveçli radikala qadağa
  21 Mart 2023    Oxunub:829
Böyük Britaniya İngiltərənin şimalında yerləşən Ueykfilddə Quranı yandırmaqla hədələyən İsveçin ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Böyük Britaniyanın daxili işlər nazirinin müavini Tom Tugendhat İcmalar Palatasında (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib:

“Paludan hüquq-mühafizə orqanlarının müşahidə siyahısına əlavə edilib. Onun ölkəyə daxil olmasına icazə verilməyəcək”.

Yanvarın 21-də Paludanın Türkiyənin Stokholmdakı diplomatik nümayəndəliyi qarşısında Quranı açıq şəkildə yandırması Türkiyə ilə İsveç arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Siyasətçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib. Ərdoğan bildirib ki, Stokholmdakı bir sıra anti-Türkiyə aksiyalarından sonra İsveç Ankaradan NATO-ya üzvlük müraciətini dəstəkləyəcəyini gözləməməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti