Bildirilir ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Vəkilin sözlərinə görə, məhkəmə dörd bənddən ikisi üzrə ekstradisiyanı təsdiqləyib.
Qeyd edək ki, 40 yaşlı Artyom Uss 2022-ci il oktyabrın 17-də ABŞ-ın təqdim etdiyi orderlə İtaliyada saxlanılıb. O, digər dörd Rusiya vətəndaşı ilə birlikdə çirkli pulların yuyulması və sanksiyalardan yayınmada ittiham olunub. Qubernatorun oğlu hər hansı qanun pozuntusuna yol verməsini inkar edib və ABŞ-a könüllü ekstradisiyadan imtina edib.
Onun atası Alexander Uss isə belə hesab edir ki, həbs məsələsi ətrafında siyasi vəziyyət yaradırlar. Moskva da bu işi qəti şəkildə rədd etdiyini bildirib və ABŞ-ın Rusiya vətəndaşlarının həbsi təcrübəsini pisləyib.
Tural Tağıyev
AzVision.az