Kiyevə uran mərmiləri verilir- Britaniya rəsmən təsdiqlədi
"Belə mərmilər müasir tanklara və zirehli maşınlara qarşı yüksək effektivliyə malikdir",- o, qeyd edib.
Bu arada hərbi ekspert Konstantin Sivkov deyib ki, tükənmiş uran mərmiləri mülki əhalinin sağlamlığını təhdid edir, çünki onlar ətraf ərazini zəhərləyir və xərçəng xəstəliyinin yayılmasına səbəb olur.
Qeyd edək ki, ilk dəfə olaraq ötən əsrin ortalarında Almaniyada tükənmiş urandan tank mərmilərində istifadə edilib. Buna səbəb volfram çatışmazlığı olub. İndi isə ondan Amerikanın məşhur "Abrams" tanklarının sursatlarında istifadə olunur. Onlar Almaniyanın “Leopard 2”, Britaniyanın “Challenger 2” tankları, həmçinin Amerikanın A-10 hücum təyyarəsinin və “Bradley” piyada döyüş maşınının sursat mərmilərində də istifadə oluna bilər.
İddia olunur ki, oxşar mərmilər artıq ABŞ və NATO tərəfindən keçmiş Yuqoslaviyanın bombalanmasında və İraq müharibəsi zamanı istifadə olunub.
Bir maraqlı məqamı da qeyd edək ki, bundan əvvəl Britaniya Ukraynadan Silahlı Qüvvələrə təhvil verilən hər “Challenger 2”yə uzaqdan idarə olunan partlayıcı qurğu quraşdırmağı tələb edib. Bu, tankların rus hərbçilərinin əlinə keçməməsi üçün edilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Uran Mərmi Böyük-Britaniya