Si Cinpin: "Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıyıq"

   Si Cinpin:    "Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıyıq"
  21 Mart 2023    Oxunub:943
Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra açıqlama verib. AzVision.az xəbər verir ki, o, Çinin Ukrayna münaqişəsi ilə bağlı qərəzsiz mövqeyə sadiq olduğunu və tərəflərin barışması, dialoqun bərpasını fəal müdafiə etdiyini söyləyib.
"Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe sərgiləyir, barışığa, danışıqların bərpasına fəal yardım göstəririk. Bizim mövqeyimiz həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoq tərəfdarıyıq, tarixin doğru tərəfində möhkəm dayanırıq”, - Çin lideri bildirib.

O, həmçinin xatırladıb ki, Pekin ötən ay Ukrayna böhranının həlli ilə bağlı 12 bəndlik rəsmi mövqeyini yayıb. Orada Çin Xalq Respublikası bütün ölkələrin dövlət suverenliyinə hörmət etməyə, hərbi əməliyyatları dayandırmağa və birtərəfli sanksiyaların tətbiqinin qəbuledilməzliyinə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   Ukrayna  





Xəbər lenti