Amerikalı general: "Rusiya ilə Çinin yaxınlaşması ABŞ üçün ciddi təhlükədir

      Amerikalı general:    "Rusiya ilə Çinin yaxınlaşması ABŞ üçün ciddi təhlükədir
  22 Mart 2023    Oxunub:1022
"Ukrayna münaqişəsində Rusiyanın qələbəsi Çinin də qələbəsi olacaq".
Bunu ABŞ-ın istefada olan generalı Cek Kini "Fox News" açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkənin yaxınlaşması ABŞ üçün ciddi təhlükədir.

"Onları strateji məqsədlərinə çatmaqda kömək edən qarşılıqlı maraq faktı bir araya gətirib. Və bu məqsədə çatmaqda əsas maneə ABŞ-dır. Bəli, biz bu ölkələrin hər ikisi ilə diplomatik münasibətlər qurmaq istəyirikmi? Onlarla danışa bilmək istəyirik? Bəli. Ancaq gəlin açıq deyək: onlar ABŞ-ın həm rəqibidir, həm də düşmənidir. Bu iki ölkə təhlükəsizliyimizi təhdid edir".

Təqaüddə olan amerikalı general qeyd edib ki, Ukrayna münaqişəsi Rusiyanın xeyrinə başa çatdıqdan sonra Çindən Tayvana münasibətdə də oxşar addımlar gözləmək lazımdır. O, həmçinin əlavə edib ki, Çin ABŞ üçün bir nömrəli təhlükə sayıla bilər.

"Biz tariximizdə heç vaxt Çin kimi təhlükə ilə üzləşməmişik. O qədər əhatəlidir ki. Bu, bütün aspektlərə - iqtisadi, texnoloji, hərbi və geosiyasi aspektlərə təsir göstərir. Və bütün bu sahələrdə hökmranlıq etmək istəyirlər. Bu, ABŞ üçün çox ciddi təhlükədir".

AzVision.az


Teqlər:





Xəbər lenti