Litva rus və belaruslara vətəndaşlıq verməyəcək
![Litva rus və belaruslara vətəndaşlıq verməyəcək Litva rus və belaruslara vətəndaşlıq verməyəcək](https://azvision.az/photos/2023/03/liddddd33914-1679471553.jpg)
Müvafiq qərarın Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı qəbul edildiyi qeyd edilib. Bu məhdudiyyətlər Belarusa Rusiya Federasiyasının hərəkətlərini dəstəklədiyi üçün təsir edib. Sənədin qəbulunun lehinə 113 deputat səs verib, 9 deputat bitərəf qalıb, heç biri əleyhinə çıxış etməyib.
Litva həmçinin ölkənin xaricdəki viza xidmətlərində milli də daxil olmaqla vizaların alınması və yaşayış icazəsinin verilməsi üçün müraciətlərin qəbulunu müvəqqəti dayandırıb. İstisna, artıq ölkədə və ya Aİ-də etibarlı Şengen və ya milli vizası və ya yaşayış icazəsi olan ruslara və belaruslara aiddir.
AzVision.az
Teqlər: