İtaliya hərbi xərclərini artıracaq

İtaliya hərbi xərclərini artıracaq
  22 Mart 2023    Oxunub:928
İtaliya hökuməti bu il hərbi xərcləri 800 milyon avro artıracaq.
Bu barədə “La Stampa” qəzeti məlumat yayıb. Bildirilib ki, bu ölkə müdafiə xərclərini 2022-ci ildəki 25,7 milyard avrodan 2023-cü ildə təxminən 26,5 milyard avroya qədər artıracaq.

Qeyd edilib ki, İtaliya çoxfunksiyalı FREMM tipli freqatların sayının üçdən altıya çatdırılmasını, o cümlədən daha iki sualtı qayıq, həmçinin sualtı qayıq əleyhinə iki təyyarə alınmasını planlaşdırır.

Bundan başqa, 100 ədəd Almaniya istehsalı olan “Leopard 2” tanklarının, həmçinin İsveçin ixrac etdiyi CV90 piyada döyüş maşınlarının alınması imkanları nəzərdən keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti