Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb

   Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb
  23 Mart 2023    Oxunub:950
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.
Bu barədə Baş Qərargahın günün digər hərbi hadisələri ilə birlikdə axşam xülasəsində deyilib.

“22 mart 2023-cü il tarixindən etibarən işğalçı ordusunun Xerson vilayətinin Nova Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib”, - Baş Qərargah vurğulayıb.

Bildirilib ki, şəhəri tərk edən hərbçilər çəkilərkən yerli sakinlərdən “böyük sayda məişət və elektron texnikanı, zinət əşyalarını, geyim elementləri və mobil telefon” götürüb.

Xatırladaq ki, ötən il noyabrın 11-də Ukrayna ordusu sözügedən vilayətin mərkəzini – Xerson şəhərini işğaldan azad edib. Bu, Rusiya ordusunun hazırda gedən müharibədə ən böyük məğlubiyyətlərindən biri hesab edilir. Mərkəzi şəhərdən çəkilən rusiyalılar yaşayış məntəqəsinin infrastrukturunu, o cümlədən enerji və su təminatını dağıdıb, Xerson İES, teleqüllə və s. strateji obyektlər məhv edilib.


Teqlər:





Xəbər lenti