İrandakı zəlzələ Naxçıvanda da hiss olundu

   İrandakı zəlzələ Naxçıvanda da hiss olundu
  24 Mart 2023    Oxunub:1453
Yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və fəlakət qeydə alınmayıb.

AzVision.az











Teqlər:





Xəbər lenti