"Orduda müqaviləli çağırışçıların sayı 1,5 milyon nəfərə çatdırılmalıdır" - Medvedev

   "Orduda müqaviləli çağırışçıların sayı 1,5 milyon nəfərə çatdırılmalıdır" -    Medvedev
  25 Mart 2023    Oxunub:1246
"Müqaviləli çağırış ordusu Rusiyanın ehtiyaclarına uyğundur, lakin onun sayı daha çox olmalıdır".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedev Rusiya KİV-lərinə müsahibəsində deyib.

"Fikrimcə, hazırda Vətənimizin (Rusiya-red) uğurlu müdafiəsi həm çağırış, həm də müqavilə əsasında qurulan qarışıq orduya uyğundur. Lakin ordu genişlənməlidir. Onun sayının parametrləri isə açıqlanıb - bu, azı 1,5 milyon nəfərdir”, - Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Medvedev qeyd edib ki, xüsusi hərbi əməliyyatın keçirilməsi “ən əhəmiyyətli şəkildə” Rusiya Silahlı Qüvvələrinin formalaşmasına təsir edib, çünki ordunun gücü döyüş əməliyyatları dövründə sınaqdan keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti