Türkiyə XİN: “Avropada islamofobiya çox narahatedici həddə çatıb”

     Türkiyə XİN:   “Avropada islamofobiya çox narahatedici həddə çatıb”
  25 Mart 2023    Oxunub:848
“Türkiyə Danimarkada Qurana və türk bayrağına edilən hücumu şiddətlə qınayır”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. XİN Danimarka rəhbərliyini nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və bu cür təxribatların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırıb.

“Dünən (martın 24-də) günorta saatlarında Danimarkada Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən vəhşicəsinə hücumu ən kəskin şəkildə pisləyirik. Bu iyrənc nifrət cinayətinə ifadə azadlığı adı altında yol verilməsi ilə heç bir şəkildə razılaşmırıq.

Ramazan ayında həyata keçirilən bu hərəkət Avropada islamofobiya, ayrı-seçkilik və ksenofobiyanın getdikcə daha çox narahatedici həddə çatdığını və keçmişdən heç bir dərs alınmadığını bir daha açıq şəkildə nümayiş etdirdi. Danimarka hakimiyyətinə məlumat verilib ki, biz bu hərəkəti qınayırıq və ən sərt şəkildə etiraz edirik”.


AzVision.az


Teqlər:





Xəbər lenti