Yapon şirkətinin baş direktoru Çində tutuldu

Yapon şirkətinin baş direktoru Çində tutuldu
  25 Mart 2023    Oxunub:887
Çində yapon şirkətinin rəhbərlərindən biri yerli qanunları pozduğu üçün saxlanılıb.
Bu barədə şənbə günü “Kyodo” agentliyi məlumat yayıb. Şirkətin adı və yapon vətəndaşının hansı ittihamlarla tutulduğu açıqlanmayıb. Tokionun hazırda diplomatik kanallar vasitəsilə Pekinin Yaponiya vətəndaşını tez bir zamanda azad etməsinə nail olmağa çalışdığı vurğulanıb.

Həmçinin qeyd edilib ki, Çin hakimiyyəti məhbusla görüşmək istəyən Yaponiya konsulluğunun əməkdaşlarına saxlanma şəraitini hələ tam izah etməyib. Xatırladaq ki, 2014-cü ildən Çində Yaponiya vətəndaşları ən azı 16 dəfə casusluqda şübhəli bilinərək saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti