İsveçin Baş naziri: “Finlandiya bizdən əvvəl NATO-ya üzv olacaq”

      İsveçin Baş naziri:    “Finlandiya bizdən əvvəl NATO-ya üzv olacaq”
  25 Mart 2023    Oxunub:804
İsveçin Baş naziri Ulf Kristersson Finlandiyanın İsveçdən əvvəl NATO-ya üzv olacağını etiraf edib.
O, bunu Moderativ Koalisiya Partiyasının konfransında deyib. Onun sözlərinə görə, indi hər şey Finlandiyanın İsveçdən əvvəl alyansa daxil olacağını göstərir. 17 may 2022-ci ildə Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib, 30 ölkədən ikisi Türkiyə və Macarıstan sənədi ratifikasiya etməyib. Hər iki ölkə İsveçin deyil, Finlandiyanın ərizəsini ratifikasiya etməyə hazır olduqlarını açıqlayıb.

İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyə ilə danışıqlar çətin keçsə də, buna baxmayaraq, son aylarda danışıqlar prosesində müəyyən uğurlar əldə olunmuşdu. Lakin bu ilin əvvəlində Danimarka və İsveç əsilli aşırı-sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”i yandırması ilə bağlı növbəti aksiyanı keçirməsi böyük skandala səbəb olmuşdur.

Bu hadisədən sonra İsveçin NATO-ya daxil olunması ilə bağlı danışıqlar prosesi dayandırılıb. Daha sonra Türkiyə hökuməti yalnız Finlandiyanın NATO-ya üzv olmaq barəsində müraciətini dəstəkləməyə hazır olduğunu bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti