Tornado ABŞ-da azı 23 nəfərin ölümünə səbəb olub

Tornado  ABŞ-da azı 23 nəfərin ölümünə səbəb olub
  25 Mart 2023    Oxunub:923
ABŞ-ın cənubunda baş verən tornado azı 23 nəfərin həyatına son qoyub.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində evlər dağılıb, minlərlə dinc sakin işıqsız qalıb.

Tornado Missisipi, Alabama və Texas ştatlarına daha çox ziyan vurub. Səlahiyyətlilər təhlükəli vəziyyətlə bağlı sakinlərə xəbərdarlıq edib.

Fırtına Missisipi ştatının Silver-Siti ə Rollinq-Fork şəhələrində dağıntılar yaradıb. Texasda isə saatda 100 mil sürətlə əsən iki tornado 5 nəfərin yaralanmasına səbəb olub.

AzVision.az



Teqlər: ABŞ   Tornado  





Xəbər lenti