Rafael Qrossi Zaporojye AES-ə gələcək
![Rafael Qrossi Zaporojye AES-ə gələcək Rafael Qrossi Zaporojye AES-ə gələcək](https://azvision.az/photos/2023/03/77-1679767990.jpg)
Qeyd olunur ki, Qrossi ölkədə davam edən hərbi əməliyyatlar zamanı “obyektdəki nüvə təhlükəsizliyi ilə bağlı vəziyyətin ciddiliyini şəxsən qiymətləndirməli və onun qorunmasının təcili zəruriliyini vurğulamalı” olacaq.
Təşkilatın baş direktoru qeyd edib ki, o, "sentyabrdan bəri vəziyyətin necə dəyişdiyini görmək və bu görünməmiş və çox çətin şəraitdə obyekti işlədənlərlə danışmaq üçün yenidən Zaporojye AES-ə getməyə qərar verib".
"Ukraynadakı faciəvi müharibə zamanı nüvə qəzası riskini azaltmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm", - Qrossi deyib.
AzVision.az