"Hər onuncu vətəndaş keyfiyyətsiz qidaya görə zəhərlənir" - Erməni rektor
!["Hər onuncu vətəndaş keyfiyyətsiz qidaya görə zəhərlənir" - Erməni rektor "Hər onuncu vətəndaş keyfiyyətsiz qidaya görə zəhərlənir" - Erməni rektor](https://azvision.az/photos/2023/03/334520950_1378050722958779_689273262006371355_n-1679912023.jpg)
Rektorun sözlərinə görə qida ilə keçən xəstəliklər səhiyyə sistemlərini yükləyir və milli iqtisadiyyata, turizmə və ticarətə zərər verməklə iqtisadi-sosial inkişafa da mane olur.
"Qida təhlükəsizliyi məsələsi Ermənistan üçün də aktualdır, bağırsaq infeksiyaları ilə bağlı xəstəliklərin mənfi göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Həmçinin vətəndaşların tez-tez qida zəhərlənməsinə mərzu qalmaları xəbərləri var. Belə ki, Ermənistanda hər onuncu şəxs keyfiyyətsiz qida qəbulu nəticəsində zəhərlənir, hər il 9 minə yaxın bağırsaq infeksiyası qeydə alınır ki, bu da çox vaxt zəhərli qida və əl gigiyenası qaydalarının pozulması nəticəsində baş verir", - qeyd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan Zəhərlənmə