Gevorqyan: "İranın sayəsində sərhədimizdə böyük eskalasiya olmur"

 Gevorqyan: "İranın sayəsində sərhədimizdə böyük eskalasiya olmur"
  28 Mart 2023    Oxunub:1396
Erməni siyasi şərhçi və iranoloq Karine Gevorqyan ölkəsinin qaranlıq gələcəyi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, Cənubi Qafqaz regionunda geosiyasi vəziyyəti təhlil edərkən deyib ki, bu gün Ermənistan Respublikası sərhədlərinin bütövlüyünü təmin etmək üçün lazımi resurslara malik deyil. Gevorqyan son vaxtlar Rusiya hərbi bazalarının Ermənistan çıxarılması ilə bağlı proseslərin aktivləşməsini də təhlükəli hal sayıb. Çünki siyasi şərhçinin fikrincə əgər məşhur 102-ci hərbi baza, Rusiya sərhədçiləri, Ermənistanı tərk etsələr, onda sərhədlər sadəcə mühafizəsiz qalacaq.

İrandan Naxçıvana təhdid: Sərhədə 300 hərbi texnika gətirilib
Eyni zamanda Gevorqyan xüsusi olaraq vurğulayıb ki, erməni ekspertlərin yalnız Qarabağdan danışması da onu heyrətləndirir. Yəni bu gün yalnız Azərbaycan torpağı olan Qarabağdakı ermənilərin başı üzərində olan "təhdidlər” haqqında danışmaq düzgün deyil. Çünki həmin ekspertlər Ermənistanın özünə qarşı real təhlükələrin artmasını görmürlər.

O, Azərbaycan qoşunlarının Ermənistan sərhədlərində mövqelərini gücləndriməsindən də gileylənib. Erməni ekspert iddia edir ki, guya yalnız İranın sayəsində yeni eskalasiyalar olmur, Tehrana görə regionda heç kim Ermənistana hücum etmək istəmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İran   Sərhəd  





Xəbər lenti