Türkiyə dünyada ilk dəfə gəmilərə enə bilən PUA təqdim edəcək

   Türkiyə dünyada ilk dəfə    gəmilərə enə bilən PUA    təqdim edəcək
  28 Mart 2023    Oxunub:905
Türkiyə aprelin sonunda TEKNOFEST-2023 aviasiya və kosmos texnologiyaları festivalında qısa uçuş zolağına malik gəmilərə qalxıb-eniş edə bilən dünyanın ilk pilotsuz uçuş aparatını təqdim edəcək.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bayraktar TB3 PUA-nı Türkiyənin Baykar şirkəti təqdim edəcək. Tədbir aprelin 27-dən mayın 1-dək İstanbulun Atatürk hava limanında baş tutacaq.

Agentliyin məlumatına görə, "Baykar Makina"nın texniki direktoru Səlcuq Bayraktar və baş icraçı direktoru Haluk Bayraktar daha əvvəl Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana şirkətin yeni layihələri barədə məlumat veriblər.

Bayraktar TB3 həm kəşfiyyat, həm də müşahidə və zərbə məqsədləri üçün çox böyük məsafələrdən idarə oluna biləcək. Funksionallığı sayəsində yeni pilotsuz uçan aparat Türkiyənin hərbi potensialının gücləndirilməsinə ciddi töhfə verəcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti