FTB Trampın keçmiş arvadı ilə bağlı iki il araşdırma aparıb

   FTB Trampın keçmiş arvadı ilə bağlı iki il araşdırma aparıb
  28 Mart 2023    Oxunub:881
Federal Təhqiqatlar Bürosunun (FTB) əks-kəşfiyyatı ABŞ-ın keçmiş prezidenti Donald Trampın birinci arvadı İvananın iki il ərzində münasibətləri ilə bağlı gizli araşdırma aparıb.
Bu barədə Bloomberg idarənin məxfilikdən çıxarılmış sənədlərinə istinadən xəbər verib. Materiallarda göstərilib ki, 1989-cu il fevralın 14-də FTB “İvana Trampla bağlı ilkin araşdırmaya başlamağı” tövsiyə edib. Buna səbəb idarədəki mənbənin verdiyi məlumat olub. Eyni zamanda, müstəntiqlər qeyd ediblər ki, mənbə İvananın sərvətinə və şöhrətinə paxıllıq edərək məlumat paylaşa bilər.

İstintaqın bir neçə ölkəni əhatə etdiyi qeyd edilib. Belə ki, Amerikanın Kanada və Avropa ölkələrindəki attaşelərindən İvana Trampın ABŞ-a necə köçməsi ilə bağlı ətraflı məlumat almaq istənilib.

FTB Donald Trampın birinci həyat yoldaşından boşanması ilə bağlı məhkəmə sənədlərini təhlil edib. 1990-cı il tarixli sənəd Çexoslovakiya kəşfiyyatı ilə əlaqəli olan şəxsin axtarışına aiddir. Onun uydurma evliliklər təşkil etdiyi və İvana ilə əlaqəli olduğu iddia edilir. Lakin qadına qarşı heç bir ittiham irəli sürülməyib.

Bloomberg, FTB-dən İnformasiya Azadlığı Aktı çərçivəsində İvan Trampla bağlı mövcud sənədləri istəyib. Onlar təsdiqləyiblər ki, ümumilikdə 900-ə yaxın səhifəlik sənədlər var və onların ictimailəşdirilməsinə təxminən beş il vaxt lazımdır. Mətbuat nəşri sürətləndirmək üçün məhkəməyə müraciət edib. Bundan sonra FTB ABŞ-ın eks-prezidentinin birinci həyat yoldaşının işindən 190 səhifə dərc edib. İvana Tramp ötən ilin yayında vəfat edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti