Daily Mail: "Milyonlarla britaniyalı əsas borclarını ödəyə bilmir"

   Daily Mail:    "Milyonlarla britaniyalı əsas borclarını ödəyə bilmir"
  28 Mart 2023    Oxunub:808
Milyonlarla britaniyalı ipoteka və elektrik enerjisi də daxil olmaqla, əsas borclarını ödəyə bilmir.
AzVision.az xəbər verir ki, “Which?" saytı apardığı araşdırmalardan sonra belə qənaətə gəlib.

Araşdırmalardan sitat gətirən məşhur Daily Mail yazır ki, Britaniya bir neçə gün ərzində növbəti qiymət artımına hazırlaşır. Genişzolaqlı internet və mobil telefon qiymətləri 17,3 faiz bahalaşacaq. Aprelin əvvəlindən isə bələdiyyə vergiləri, su fakturaları və digər qiymətlər artacaq.

Araşdırma müəllifləri qeyd edirlər ki, milyonlarla insan xərclərini, əsasən də ərzaq xərclərini azaldarkən, bir çox britaniyalının ayın sonunda banklarda əsas ehtiyaclarını ödəmək üçün kifayət qədər pulu qalmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti