Gürcülər Saakaşviliyə görə Norveç səfirliyi qarşısında aksiya keçirir
![Gürcülər Saakaşviliyə görə Norveç səfirliyi qarşısında aksiya keçirir Gürcülər Saakaşviliyə görə Norveç səfirliyi qarşısında aksiya keçirir](https://azvision.az/photos/2023/03/Screenshot_1-1679993969.jpg)
Aksiya iştirakçıları Norveçin Gürcüstandakı səfiri ilə görüş və mövqe bildirilməsini tələb edirlər. Norveç hökumətinin Mixail Saakaşviliyə mükafat verən “Mühafizəkarlar partiyası” ilə razı olub-olmamasını bilmək istəyirlər.
Aksiya iştirakçılarının sözlərinə görə, Saakaşvilinin prezidentliyi dövründə ölkədə insan haqları pozulub və bundan sonra “Mixail Saakaşvili demokratiyanın çırağıdır” demək yolverilməzdir.
Polis Norveç səfirliyi qarşısında səfərbər edilib. Mükafatlandırma mərasimində eks-prezidentin anası Giuli Alasaniya və kiçik oğlu Nikoloz Saakaşvili iştirak ediblər.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin mükafatlandırılmasını gürcü xalqına qarşı təhqir adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: