İranda partlayış olub - 3 ölü, 3 yaralı

İranda partlayış olub -    3 ölü, 3 yaralı
  28 Mart 2023    Oxunub:652
İranın şimalındakı Mazandaran əyalətindəki müəssisədə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
AzVision.az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, qəza Babol şəhərinin şərq hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə səbəb müəssisədə çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsi olub. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.

Partlayış nəticəsində yanğın olub və o, müəssisənin ərazisinin təxminən yarısını məhv edib. Yanğın lokallaşdırılıb. Məlumata görə, digər sənaye obyektlərinə ziyan dəyməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti