Netanyahu Baydenə sərt cavab verib

 Netanyahu  Baydenə sərt cavab  verib
  29 Mart 2023    Oxunub:919
“İsrail xaricdən, o cümlədən ən yaxşı dostlarından gələn təzyiqlərə əsaslanaraq deyil, öz xalqının iradəsi əsasında qərarlar verən suveren ölkədir”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin “İsrail hakimiyyəti ölkədə müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatından imtina etməlidir” fikrinə münasibət bildirərkən deyib. Netanyahu vurğulayıb ki, ABŞ və İsrail arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirsə də, onun hökuməti lazım bildiyi islahatları ölkə daxilində davam etdirmək niyyətindədir.

“Mən prezident Baydeni 40 ildən artıqdır ki, tanıyıram və onun İsrailə uzunmüddətli sadiqliyini yüksək qiymətləndirirəm. İsrail və ABŞ arasındakı müttəfiqlik sarsılmazdır və hər zaman aramızda yaranan fikir ayrılıqlarını aradan qaldırılır. Mənim administrasiyam hökumətin üç qolu arasında həqiqi tarazlığı bərpa etməklə demokratiyanın möhkəmləndirilməsinə sadiqdir və buna geniş konsensus vasitəsilə nail olmaq istəyirik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti