"12 evim, şəxsi təyyarəm və helikopterimdən yazırlar" - Leonid Yakuboviç

   "12 evim, şəxsi təyyarəm və helikopterimdən yazırlar" -    Leonid Yakuboviç
  29 Mart 2023    Oxunub:3198
77 yaşlı rusiyalı teleaparıcı Leonid Yakuboviç Moskva vilayətində 12 evi olması ilə bağlı yayılan şayiələrə cavab verib.
Yakuboviçin sözlərinə görə, əvvəllər onun 12, indi isə 4 evinin olması haqqında yazırlar.

“Görünür, bir hissəsini satmışam. Əslində, mənim bir evim var və o, ailəyə aiddir",- aparıcı bildirib.

O, iki şəxsi təyyarəsi və bir helikopterinin olması barədə xəbərləri də təkzib edib.

“Harda dayandıqlarını bilmirəm, onları gözlərimlə görmədim. Mən Minskə gedirəm, orada öz uçuş klubu olan Nikolay Moçanskinin Mi-2-sini uçururam", -deyə Yakuboviç bildirib.

Qeyd edək ki, Leonid Yakuboviç daha çox "Pole çudes" verilişinin aparıcısı və bədii rəhbəri kimi tanınır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti