"Qafqaz regionunda gərginlik "3+3" formatında həll edilə bilər" - Abdollahian
“Əlbəttə ki, regiondakı problemləri “3+3” formatı, eləcə də mövcud mexanizmlər vasitəsilə gücə əl atmadan həll etməliyik”, - deyə, Abdollahian, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin Qafqaz regionunun iqtisadi imkanlarının inkişafı üçün davamlı sülh və təhlükəsizliyə doğru birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb.
AzVision.az
Teqlər: