Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, qərarın imzalandığı 29 mart tarixinə qədər (29 mart daxil olmaqla) maşınlarını sifariş edib, ödənişlərini edənlərə güzəşt ediləcək.
“Onların sifariş etdikləri avtomobillər Azərbaycana buraxılacaq. Qərarın geriyə qüvvəsi yoxdur. Qərar 29 martdan sonrakı hadisələrə şamil olunur. 29 mart daxil olmaqla sifariş olunan və ödəniş olunan avtomobillərin Azərbaycana buraxılacaq”.
Aytən Zəhra
AzVision.az
Teqlər: