Ceyhun Bayramov: "Ermənistan təcavüzkar ritorikanı davam etdirir"

      Ceyhun Bayramov:    "Ermənistan təcavüzkar ritorikanı davam etdirir"
  30 Mart 2023    Oxunub:810
Xarici işlər naziri Nazir Ceyhun Bayramov İsrail Prezidenti İshak Hersoqla görüşdə həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb.
Bu barədə AzVision.az -a XİN-dən bildirilib. Qeyd edilib ki, bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub.

Ermənistanın son həftələrdə təcavüzkar ritorikanı və fəaliyyəti davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti