"Jurnalist cinayət başında saxlanılıb" - Peskov

 "Jurnalist cinayət başında saxlanılıb" -    Peskov
  30 Mart 2023    Oxunub:900
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikanın “The Wall Street Journal” qəzetinin müxbirinin Rusiyada saxlanılmasından danışıb.
O bildirib ki, söhbət şübhədən getmir, jurnalist cinayət başında yaxalanıb: "Bu, FTX-nin səlahiyyətidir, xidmətin bəyanatı olub, bizim burada əlavə edəcəyimiz heç nə yoxdur”, - deyə Peskov Moskvanın bu işdə ABŞ kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib-etməyəcəyi sualına cavab verib.

Peskov detalları bilmədiyini vurğulayıb: "Xeyr, dəqiqləşdirə bilmərəm, təfərrüatlara sahib deyiləm. Bir daha təkrar edirəm - bu, casuslara qarşı mübarizə aparan xüsusi xidmət orqanlarının səlahiyyətindədir".

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi saxlayıb.

Jurnalistin Yekaterinburqda məxfi məlumatları əldə etməyə çalışarkən saxlanıldığı bildirilir. FTX-nin məlumatına görə, ABŞ-ın göstərişi ilə Qerşkoviç Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış.

Rusiya FTX-nin İstintaq İdarəsi Qerşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti