Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq planı imzalayıb

   Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq planı imzalayıb
  30 Mart 2023    Oxunub:882
Ermənistan və Yunanıstan 2023-cü il üçün hərbi əməkdaşlıq planını təsdiqləyib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Yunanıstandakı səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, sənədi Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyan və Yunanıstan Baş Qərargahının beynəlxalq əlaqələr departamentinin direktoru Vasilios Tsami imzalayıblar.

Əməkdaşlıq planına 21 tədbir daxildir. Onlardan 15-nin Yunanıstanda, 6-nın Ermənistanda keçirilməsi planlaşdırılır. Proqrama xüsusi təyinatlı qüvvələrin, hava hücumundan müdafiə bölmələrinin birgə təlimi və təcrübə mübadiləsi, kiber bölmələrin, sülhməramlı qüvvələrin təlimi daxildir.
Əməkdaşlığın əsas komponenti həm də iki ölkənin kəşfiyyatı arasında əməkdaşlıq olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti