Rusiya Müdafiə Nazirliyi: "İlk dəfə Kiyevin yeni "Qrom-2" raketini vurmuşuq"

      Rusiya Müdafiə Nazirliyi:   "İlk dəfə Kiyevin yeni "Qrom-2" raketini vurmuşuq"
  30 Mart 2023    Oxunub:802
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (PVO) ilk dəfə olaraq Ukraynanın yeni “Qrom-2” operativ-taktiki raketini vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda o da vurğulanıb ki, Rusiya hərbçiləri gün ərzində HİMARS reaktiv yaylım atəş sisteminin üç raketini də sıradan çıxara biliblər.

Qeyd edək ki, "Qrom-2" iki yer-yer tipli raketi olan mobil buraxılış qurğusudur. Bu, yeni raket layihəsi 2013-cü ildə hazırlanmış "Qrom" (Şimşək-red.) OTRK-nın modifikasiyasıdır.
Xatırladaq ki, bir müddət öncə Rusiya hava hücumundan müdafiə sistemlərinin ilk dəfə olaraq bu ilin fevralında Ukraynaya ötürülən GLSDB idarə olunan raketini sıradan çıxarması barədə də məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Raket  





Xəbər lenti