Rusların 55%-i Çini əsas dost hesab edir -SORĞU

Rusların 55%-i Çini əsas dost hesab edir    -SORĞU
  30 Mart 2023    Oxunub:1000
"Xüsusi sorğu aparılıb. Nəticədə rəyi soruşulan rusların təxminən 55%-i dost ölkələr sıralamasında Çinə üstünlük verib".
AzVision.az xəbər verir ki, bunu “Rusiya və Çin: biznes və vətəndaşlar üçün yeni imkanlar” adlı dəyirmi masada "VÇİOM" Fondunun baş direktoru Konstantin Abramov deyib.

"2014-cü ildən başlayaraq Çin Rusiyanın dost ölkələri reytinqində daim liderlik edir. 2022-ci ildə rusların 55%-i Çinə səs verib. İkinci yerdə Belarusdur- 49%. Bundan başqa, Hindistana - 22, Türkiyəyə - 17, Qazaxıstana - 13% səs verilib. İlk 10-luğu bağlayan ölkə Özbəkistandır - 5%", - Abramov qeyd edib.

Abramovun sözlərinə görə, Rusiya vətəndaşları ABŞ-ı - 76, Ukraynanı - 43, Böyük Britaniyanı - 39%-lə əsas düşmən dövlətlər hesab ediblər. Antireytinqə Baltikyanı ölkələr, həmçinin Fransa, Almaniya və Polşa da daxil edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Çin  





Xəbər lenti