Britaniya kəşfiyyatı süni intellektdən istifadə şöbəsi yaradacaq

   Britaniya kəşfiyyatı süni intellektdən istifadə şöbəsi yaradacaq
  30 Mart 2023    Oxunub:911
Britaniyanın daxili işlər naziri Tom Tuqendhat bildirib ki, Britaniya kəşfiyyatı MI5 və MI6 xidmətlərinin işini tamamlamaq üçün süni intellektdən istifadə edərək yeni departament yaradacaq.
O, bu barədə “The Telegraph” nəşrinə müsahibəsində danışıb. “İstedadlı mütəxəssislərə düzgün diqqət yetirməklə, neyron şəbəkələri və süni intellekt kimi texnologiyaların öyrədilməsi və tətbiqi ilə o (yeni departament. – Red) bizim imkanlarımızı xeyli genişləndirəcək”, - deyə Tugendhat bildirib.

Onun sözlərinə görə, yeni departament əsasən açıq mənbələrdən əldə olunan məlumatlar üzrə ixtisaslaşacaq.

Daxili İşlər Nazirliyinin sözçüsü deyir ki, yeni departament Britaniya vətəndaşlarına nəzarət etməyəcək. Eyni zamanda alınan kəşfiyyat məlumatlarının İngiltərənin müttəfiqləri ilə paylaşılması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti