Polşa müxalifətindən tələb: Ukrayna taxılının idxalı dayandırılsın

  Polşa müxalifətindən tələb:  Ukrayna taxılının idxalı dayandırılsın
  30 Mart 2023    Oxunub:763
Polşanın müxalifət partiyalarının deputatları Ukrayna taxılının ölkəyə idxalını dayandırmağı tələb edirlər.
Bu barədə “Rzeczpospolita” qəzeti Polşa Kəndlilər Partiyasının deputatı Marek Saviçkiyə istinadən xəbər verib. Onun sözlərinə görə, 2021-ci ildə Polşa ölkədən rekord taxıl idxal edib (4,5 milyon ton), 2022-ci ildə Ukrayna taxılının axınından sonra Polşa taxılının idxalı cəmi 3,8 milyon ton təşkil edib.

Qeyd edək ki, Polşa və Rumıniyanın Baş nazirləri Mateuş Moravetski və Nikolae Çuke bildiriblər ki, onların ölkələri fermerləri ucuz idxal olunan taxıl axınından qoruyacaq ticarət mexanizminin tətbiqi üçün Avropa Komissiyası ilə danışıqlar aparır.

Bildirilib ki, mexanizm Ukraynadan gələn taxılın dempinq qiymətinə satışının qarşısını almaq üçün onun izlənməsini nəzərdə tutur.

Martın 23-də polşalı fermerlər Ukrayna taxılının ölkəyə axınına qarşı etiraz aksiyası keçiriblər. Növbəti gün Avropa Komissiyası bazarda Ukrayna taxılının çox olması şəraitində fermerlərə dəstək üçün 56 milyon avro ayırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti