Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var
![Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var
Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var](https://azvision.az/photos/2023/03/1680204619.jpg)
Hadisə Samsun-Ankara avtomobil yolunun Kavak qəsəbəsinin girişində baş verib.
Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.
Yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusu və minik avtomobili yol kənarındakı boşluğa düşüb, 2 minik avtomobili isə qarşıdakı yük maşınlarına arxadan çırpılıb.
Əraziyə çoxlu sayda sağlamlıq, xilasetmə və polis qrupları cəlb edilib.
Teqlər: