ABŞ: Rusiya silah müqabilində Şimali Koreyaya ərzaq göndərəcək
![ABŞ: Rusiya silah müqabilində Şimali Koreyaya ərzaq göndərəcək ABŞ: Rusiya silah müqabilində Şimali Koreyaya ərzaq göndərəcək](https://azvision.az/photos/2023/03/1680242610.jpg)
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib: "Təklif olunan razılaşmanın bir hissəsi olaraq Rusiya Pxenyandan iyirmi növdən çox silah və sursat alacaq. Biz onun müqabilində Şimali Koreyaya yemək təklif etdiyini də görürük".
Ekspertlər hesab edirlər ki, Şimali Koreyada ərzaq çatışmazlığı Kim Çen Inın 11 illik hakimiyyəti dövründə ən pis həddədədir, lakin yaxın vaxtlarda aclıq və ya kütləvi ölüm əlamətləri görünmür.
Şimali Koreyanın dövlət mediasının bu ayın əvvəlində verdiyi xəbərə görə, Kim kənd təsərrüfatı üzərində dövlət nəzarətini gücləndirəcəyini və taxıl istehsalının artırılması üçün bir sıra digər addımlar atacağını vəd edib.
ABŞ-ın dövlət katibi Entoni Blinken də ötən ay bildirib ki, ölkə kəşfiyyatı Çinin Rusiyaya silah və sursat tədarük etməyi düşündüyünü irəli sürüb. Lakin Ağ Ev rəsmiləri Pekinin silah ixracını izlədiklərinə dair heç bir sübut əldə etmədiklərini qeyd ediblər.
Aytən Zəhra
AzVision.az
Teqlər: