Ruslar Ermənistanda təlimlər keçirirlər

   Ruslar Ermənistanda təlimlər keçirirlər
  31 Mart 2023    Oxunub:894
Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının motoatıcı bölmələri Alagöz yüksək dağlıq poliqonunda təlimlər keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, motoatıcılar şərti düşmən mövqelərinə əl qumbaraları tullamaq, “Kalaşnikov” avtomatlarından hərəkətdə olan və görünən hədəflərə atəş açmağı məşq ediblər.

Qeyd edək ki, son günlər Cənub Hərbi Dairəsinin bütün növ qoşun bölmələri aktiv hərbi təlimlər keçirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim  





Xəbər lenti