"Erkən seçkilər intihara bərabərdir" - Paşinyan

   "Erkən seçkilər intihara bərabərdir" -    Paşinyan
  31 Mart 2023    Oxunub:1343
Ermənistan prezidenti Nikol Paşinyan bu il İrəvanda mer seçkilərinin keçirilməsinə razılıq verməyib. Bunun səbəbi Paşinyanın tərəfdarlarının ölkə paytaxtında nüfuzunun 30 faizi keçməməsidir.
AzVision.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb. Nəşr bildirib ki paytaxtda seçkilərin keçirilməməsi ilə bağlı qərarı Paşinyan özü verib.

Nəşrin məlumatında qeyd edilir ki, Paşinyan erkən seçkilərin intihara bərabər olduğunu qeyd edib.

Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti