Niderland Quru Qoşunlarını almanlarla birləşdirir

   Niderland Quru Qoşunlarını almanlarla birləşdirir
  31 Mart 2023    Oxunub:708
2023-cü ildə Niderland kollektiv Avropa müdafiəsini gücləndirmək üçün üç quru briqadasının Almaniya qüvvələrinə inteqrasiyasını başa çatdırmağı planlaşdırır, plan 8 min nəfərin iştirakını nəzərdə tutur.
Bu barədə Bloomberg Niderland Kral Ordusunun komandanı general Martin Vijnenə istinadən məlumat yayıb. Qeyd olunub ki, Niderlandın Quru Qoşunlarının tərkibində üç döyüş briqadası var, onlardan ikisi artıq Almaniya silahlı qüvvələrinə inteqrasiya olunub. Niderlandın 13-cü Yüngül Piyada Briqadası və Bundesverin 10-cu Panzer Diviziyasının da birləşdiriləcəyi bildirilir.

Eyni zamanda inteqrasiya planı Niderland ordusunun xüsusi təyinatlı bölməsi olan Korps Commandotroepenə də təsir etmir. Vijnen iki ordu arasında qarşılıqlı fəaliyyətin yeni prinsiplərini izah edərək vurğulayıb ki, AFR komandiri qərar qəbul edəndə müzakirəyə yer qalmır.


AzVision.az


Teqlər:





Xəbər lenti