Orbandan şok iddia: "Aİ Ukraynaya sülhməramlı göndərməyə yaxındır"

      Orbandan şok iddia:    "Aİ Ukraynaya sülhməramlı göndərməyə yaxındır"
  31 Mart 2023    Oxunub:915
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya “sülhməramlı kimi xüsusi qoşunlar” göndərilməsi mövzusunda müzakirələrə başlamağa yaxındır.
AzVision.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda çıxışı zamanı deyib.

Siyasətçi qeyd edib ki, əvvəllər Avropa İttifaqı üzvləri bu məsələni keçilməz "sərhəd" hesab edirdilər. Onun sözlərinə görə, indi Avropa bu mövzunu müzakirə etməyə hazırdır.

Eyni zamanda macar baş nazir xatırladıb ki, cəmi bir il əvvəl Avropa ölkələri Ukraynaya dağıdıcı silahların göndərilməsi imkanlarını müzakirə edirdilər. O, Budapeştin bunun əleyhinə olduğunu və gələcəkdə də belə tədbirə qarşı çıxacağını vurğulayıb.

Orban həmçinin qeyd edib ki, Qərb ölkələri Rusiyaya 2015-ci ildə tətbiq olunmuş ilk məhdudiyyətlərdən sonra Moskvanın sərgilədiyi sanksiyalara uyğunlaşmaq qabiliyyətini lazımi səviyyədə qiymətləndirməməklə səhvə yol verdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı   Ukrayna  





Xəbər lenti