KTMT baş katibi: "Ermənistan-Azərbaycan sərhədində riskli vəziyyət var"

    KTMT baş katibi:    "Ermənistan-Azərbaycan sərhədində riskli vəziyyət var"
  31 Mart 2023    Oxunub:916
Ermənistan-Azərbaycan sərhədində və Qarabağ zonasında vəziyyət ciddidir, sabitlik yoxdur. AzVision.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov KTMT-nin mənzil-qərargahında rəhbərliyin geniş tərkibli görüşü zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı risklər hazırda aktual olaraq qalır.

O, Qafqaz regionunda mövcud gərginliyi illərlə davam edən ziddiyyətlərin nəticəsi adlandırıb.

Xatırladaq ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov martın ortalarında Ermənistana səfər etmiş, ölkə rəhbərliyi ilə danışıqlar aparmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti