Gələn həftə Ərdoğana ilk "Togg" avtomobili veriləcək

 Gələn həftə Ərdoğana ilk "Togg" avtomobili veriləcək
  31 Mart 2023    Oxunub:1361
Türkiyə istehsalı ilk “Togg” elektromobili aprelin 3-də prezident Ərdoğana təqdim ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib. O bildirib ki, ikinci avtomobil isə sifariş Azərbaycan prezidenti İlham Əliyevə göndəriləcək.

"İlk sifarişi prezident Rəcəb Tayyib Ərdoğan etmişdi. İkinci sifariş Əliyevdən gəldiyi üçün növbəti elektromobil ona göndəriləcək", Varank qeyd edib.

Qeyd edək ki, Türkiyənin yerli avtomobili “Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Ona veriləcək ilk avtomobilin rəng seçimini is ölkənin Birinci xanımı Əminə Ərdoğanın öhdəsinə buraxıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti