5 yaşlı uşaq 16 aylıq qardaşını güllələyib

5 yaşlı uşaq 16 aylıq qardaşını güllələyib
  31 Mart 2023    Oxunub:700
ABŞ-da qardaş qardaşı güllələyib. AzVision.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Qeyd edilir ki, faciə çərşənbə axşamı İndiana ştatının şimal-qərbində yerləşən Lafayette şəhərində baş verib.

"İki azyaşlı- 5 yaşlı uşaq və onun bacısı evdə silah tapıblar. Nəticədə uşaq atəş açaraq 16 aylıq qardaşını güllələyib", - nəşr yazıb.

Polis hadisə yerinə gəlsə də, uşağı xilas etmək mümkün olmayıb. Hələlik hadisə ilə bağlı həbs edilən olmayıb. Lafayette polisi araşdırmaları davam etdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti