"Lukaşenko olmasa, övladlarınızı zəhərləyəcəklər "

   "Lukaşenko olmasa,    övladlarınızı zəhərləyəcəklər   "
  31 Mart 2023    Oxunub:855
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, hakimiyyətdən bərk-bərk yapışmır və dövlət başçısı kimi ölmək fikrində deyil.
Lukaşenko bildirib ki, dövlət başçısını xalqın seçməlidir.

"Ancaq mən sizə dərhal deyirəm: doymuşam. Siz qərar verin. Və bu gün bu barədə danışmağı dayandırın.

Vəzifəmdə son günlərə qədər - ölməyəcəyəm - ölkəmizin rifahı üçün çalışacağam. Mən heç vaxt topal ördək olmayacağam”, - Lukaşenko deyib.

“Bu, şəraitə görə bu vəzifədə qalacağım anlamına gəlmir. Yox və bir dəfə də yox. Mən gələcək haqqında düşünürəm”, - deyə dövlət başçısı bildirib.

"Hamınız kimi mənim də övladlarım, nəvələrim var ki, onlar dinc və müstəqil ölkədə yaşamalıdırlar. Mən başqalarından daha çox başa düşürəm ki, Lukaşenko olmasa, onun övladlarına hər tərəfdən təzyiqlər olacaq. Bu isə mənim üçün qəbuledilməzdir.

"Övladlarınızı əzib zəhərləyəcəklər, xüsusən də 2020-ci ildə yanınızda dayanıb sağ qalanları. Onlar forma geyinmiş insanları ələ salacaqlar. Mən bu haqda düşünürəm", - Lukaşenka deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti