ABŞ Rusiyanın Vaşinqtondakı səfirini ölkədən çıxaracaq - KİV
Bundan əvvəl Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirmişdi ki, Birləşmiş Ştatlar hələlik hadisənin şəraitini aydınlaşdırmaq və konsulluğa giriş əldə etməklə yanaşı, Evan Qerşkoviçin həbsi ilə bağlı vəziyyət ətrafında hər hansı addım atmaq niyyətində deyil.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi saxlayıb.
Jurnalistin Yekaterinburqda məxfi məlumatları əldə etməyə çalışarkən saxlanıldığı bildirilir. FTX-nin məlumatına görə, ABŞ-ın göstərişi ilə Qerşkoviç Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış.
Rusiya FTX-nin İstintaq İdarəsi Qerşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb.
AzVision.az
Teqlər: