Ermənistanın Təhlükəsizlik Akademiyasında yanğın olub

Ermənistanın Təhlükəsizlik Akademiyasında yanğın olub
  31 Mart 2023    Oxunub:908
Ermənistan Xüsusi Beynəlxalq Təhlükəsizlik Akademiyasının idman zalında yanğın baş verib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Qeyd olunur ki, martın 31-də saat 14:05-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə yanğınla bağlı zəng daxil olub. Yanğınsöndürmə və xilasetmə dəstəsinin 4 xüsusi heyəti hadisə yerinə göndərilib.

İlkin məlumata görə, yanğın 6 mərtəbəli binanın 300-400 kv.m sahəsi olan otaqlardan birində baş verib.

Akademiyanın rəhbəri Arayik Bazinyan Sputnik Ermənistan-a bildirib ki, yanğın binanın damına qədər əhatə edib. Akademiyanın açılışı isə aprelin 5-nə planlaşdırılıbmış.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yanğın  





Xəbər lenti